İran və Fransa prezidentləri arasında telefon danışığı oldu

19:59 - 19 Fevral 2022

İran və Fransa prezidentləri arasında telefon danışığı oldu

İran Prezidenti İbrahim Rəisi ilə Fransa Prezidenti Emmanuel Makron telefon danışığı olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, telefon danışığında iki ölkə prezidenti Vyanadakı nüvə müzakirələrindəki son durumu müzakirə edib.

Makron deyib ki, müzakirələrdə yaxşı irəliləyiş əldə olunub: "Ümid edirik, müzakirələr tez bir zamanda nəticə verəcək".

Öz növbəsində Rəisi qeyd edib ki, Vyanada əldə olunacaq razılıq İran əleyhinə sanksiyaların ləğvi, etibarlı zəmanət və İrana qarşı siyasi iddialara son qoymağı özündə əks etdirməlidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az