Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub. Qəza zamanı 1996-cı il təvəllüdlü A.Həsənova, 1990-cı il təvəllüdlü G. Hüseynova, 1986-cı il təvəllüdlü Z.Həsənov və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.