Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin yaxınlığında açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov bildirib.
***22:00
“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.
Manset.az xəbər verir ki, hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi işləri davam etdirilir.