Abşeronda ağır QƏZA: Ölənlər var – FOTO/VİDEO

18:31 - 31 May 2024

Abşeronda ağır QƏZA: Ölənlər var – FOTO/VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

 

Manset.az  “apa.az”a istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub. 

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb. 

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib. 
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az