Şahbuzda sursat aşkarlandı - VİDEO

17:37 - 02 İyun 2024

Şahbuzda sursat aşkarlandı - VİDEO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatanın minası olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az