Astarada yük maşını 14 yaşlı velosipedçini vurdu

19:10 - 02 İyun 2024

Astarada yük maşını 14 yaşlı velosipedçini vurdu

Astarada yol nəqliyyat hadisəsi baş verib.

 

Manset.az  apa.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub.

Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az