Fransanın paytaxtı Parisdə yerləşən tarixi Versal sarayında yanğın olub.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ziyarətçilər saraydan dərhal təxliyə edilib. Versalın mətbuat katibi yanğının təmir işləri aparılan dam örtüyü sahəsində baş verdiyini bildirib.
Yanğın qısa zamanda nəzarətə götürülüb.
Qeyd edək ki, saray XVII əsrdə Kral XIV Lüdovik üçün tikilib.