İçərisində 2 nəfər olan maşın çaya düşdü - Video

10:41 - 12 İyun 2024

İçərisində 2 nəfər olan maşın çaya düşdü - Video

Qəbələ rayonunun Laza kəndində avtomobil çaya düşüb. 

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, ötən gecə nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az