Tovuzda AĞIR QƏZA - Xəsarət alanlar var

19:40 - 19 İyun 2024

Tovuzda AĞIR QƏZA  - Xəsarət alanlar var

Tovuzda yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

"VAZ-21011" markalı avtomobil "Belarus" markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində "VAZ -21011"-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla baglı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az