Təmir sexində avtomobil yandı

19:09 - 06 İyul 2024

Təmir sexində avtomobil yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində qeydə alınıb.

Təmir sexinin həyətində dayanan “VAZ” markalı minik avtomobilində anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az