logo
logo logo
logo

Polşada alkoqolla bağlı sərt qərar 

17:12 - 09 Oktyabr 2026

Polşada alkoqolla bağlı sərt qərar 

Polşa parlamentinin aşağı palatası Seym ölkə üzrə gecə saatlarında alkoqol satışını, eləcə də bütün spirtli içkilərin reklamını və təbliğini qadağan edən qanun layihəsini qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın İctimai Televiziyası TVP-nin məlumatına görə, bar və restoran kimi müəssisələr üçün nəzərdə tutulan istisnalar xaric, ölkə ərazisində saat 22:00-dan 06:00-dək alkoqol satışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Seymdə müzakirəyə çıxarılıb.

Səsvermə zamanı qanun layihəsini 400 deputat dəstəkləyib, 29 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.

Rəsmilərin sözlərinə görə, məhdudiyyətlər ictimai təhlükəsizliyi artırmaq, gecə saatlarında səs-küyü azaltmaq və ictimai asayişin pozulmasının qarşısını almaq məqsədi daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az