Pezeşkian Türkmənistanda keçirilən Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə toplantıda çıxış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dünyanın hazırda çoxsaylı böhranlar, geosiyasi rəqabət və müharibələrlə yanaşı, birtərəfli sanksiyalar və çoxtərəfli əməkdaşlığın zəifləməsi ilə üzləşdiyini bildirərək deyib:
“Ətraf mühitin siyasi fikir ayrılıqlarının, iqtisadi rəqabətin və ya regiondan kənar müdaxilələrin qurbanına çevrilməməli olduğuna inanırıq. Xəzər dənizinə sahili olan ölkələr elmi, texniki, maliyyə və insan resurslarından istifadə etməklə, regional əməkdaşlıq və milli suverenliyə hörmət prinsipləri çərçivəsində Xəzər dənizinin gələcəyini müəyyənləşdirməlidirlər”.