Türkmənistanda keçeilən MDB sammiti zamanı Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı zarafat edib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə dövlət başçılarının iclasdan əvvəl birgə foto çəkdirdikləri zaman baş verib. Paşinyan Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin arasında dayanıb.
“Bizdən heç yerə qaça bilməyəcək”, – deyə Lukaşenko Paşinyanı İlham Əliyevə göstərərək zarafat edib.
Aleksandr Lukaşenkonun bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təbəssümlə qarşılanıb.