Məktəblini maşın vurdu

20:27 - 07 Noyabr 2024

Məktəblini maşın vurdu

Samuxda yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində məktəbin qarşısında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəbli, 2011-ci il təvəllüdlü M.Məmmədzadəni vurub. Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az