Yasamalda çoxmərtəbəli binada YANĞIN - VİDEO

17:26 - 25 Dekabr 2024

Yasamalda çoxmərtəbəli binada YANĞIN - VİDEO

Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.

 

Manset.az-ın xəbərinə görə Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib.

Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az