Laçında qətlə yetirilən Səfər Quliyev bölgədə müğənni kimi tanınırmış.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, S.Quliyevin qardaşı Xasay Quliyevlə birlikdə doğulduqları Fingə kəndinə arı saxlamaq üçün getdikləri deyilir.
Mübahisə elə əldə edilən bal məhsulu üstündə yaranıb.
***
19:46
Qardaş qardaşı qətlə yetirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, avqustun 12-də Laçın rayonu ərazisində Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyev saxlayaraq istintaqa təhvil verib.
Hadisə ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Araşdırmalar aparılır.