Azərbaycanda ağır QƏZA - Ölən var 

19:32 - 13 Avqust 2025

Azərbaycanda ağır QƏZA - Ölən var 

Şamaxıda ağır yol qəzası baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 12 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də 3-ü azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az