Bakıda avtomobildə gənc oğlanın meyiti tapıldı

13:12 - 19 Fevral 2026

Bakıda avtomobildə gənc oğlanın meyiti tapıldı

Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.

Yolun hərəkət hissəsində qalan “Chevrolet” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini 1999-cu il təvəllüdlü Maarif Hümbətov olması bəlli olub.

Onun ölüm səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az