Ötən gün Goranboy rayon sakini, 32 yaşlı şəxsin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, rayon sakini, 41 yaşlı Elçin Ağalı şəxsi münasibətlər zəminində tanışına döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
DİN-nin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə E.Ağalı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.