Ucarda 7 gün əvvəl yol qəzasında xəsarət alan şəxs vəfat edib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, martın 30-da Bakı-Qazax yolunun rayonun Şahlıq kəndindən keçən hissəsində
BMW markalı minik maşınının idarəetmədən çıxaraq beton arakəsməyə çırpılması nəticəsində yaralanan Ağdam sakini, 1998- ci il təvəllüdlü Aysel Zakir qızı Allahverdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsində vəfat edib.
Fakt araşdırılır.