Lənkəran şəhərində səhər 08:40 radələrində Əliyağa Vahid Küçəsi ərazisinda köhnə yaşayış olmayan ərazidə yanğın baş verib.
Manset.az-ın məlumatına görə, yaşayış kimi istifadə edilən köhnə vaqon yanıb. Hər hansı bir insan tələfi baş tutmayıb. Vaqonda uzun müddət kimsə yaşamırmış.
Lənkəran rayonunda baş verən yanğınla bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Hadisə zamanı ətraf ərazilərin yanğından mühafizəsi təmin edilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Yanğına səbəb qısa qapanma olduğu bildirilir.