logo
logo logo
logo

Yol kənarında satış edirdi: Avtomobil vurub öldürdü 

16:25 - 22 İyul 2026

Yol kənarında satış edirdi: Avtomobil vurub öldürdü 

Lənkəranda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.


Manset.az-ın verdiyi xəbərə görə hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel Astra" markalı nəqliyyat vasitəsi, idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb. Nəqliyyat vasitəsi ağaca çırpılaraq dayanıb. Ətrafdakıların köməyi ilə T.Şərifov kanaldan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına  çatdırıblar. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az