logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA - Azyaşlı öldü, yaralılar var 

14:21 - 01 Avqust 2026

Azərbaycanda AĞIR QƏZA - Azyaşlı öldü, yaralılar var 

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Qaxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Belə ki, “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az