Şəmkirdə kişi sükan arxasında ölüb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəmkir şəhər sakini 58 yaşlı Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi “VAZ-21074” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Nəticədə nəqliyyat vasitəsi səkinin üzərinə çıxıb.