Zaqatalada ağır yol qəzası olub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb.
Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir.
Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.