logo
logo logo
logo

Balakəndə ağır qəza - 3 nəfər öldü 

10:30 - 10 Avqust 2026

Balakəndə ağır qəza - 3 nəfər öldü 

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.


Manset.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

İlkin məlumata görə, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, "Toyota" markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az