Lənkəranda yanğının qarşısı alınıb.
Manset.az xəbər verir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib.
Belə ki, sözügedən ərazidə naməlum şəraitdə yanğın başlayıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlərlə yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğın olan ərazidə transformator, irigövdəli ağaclar, evlər, mağaza və digər tikililər olub. Yanan isə əsasən kol-kos və kiçik ağacların kökləri olub.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.