logo
logo logo
logo

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO 

20:11 - 13 Sentyabr 2026

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO 

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

    Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

    Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az