logo
logo logo
logo

Sumqayıtda AĞIR QƏZA - Ölən var

09:15 - 16 Sentyabr 2026

Sumqayıtda AĞIR QƏZA - Ölən var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib.

Qəzada "Kia Sorento"da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az