Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb.
"Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.