Avtomobili aşıran sürücü ağır yaralandı - FOTOLAR

08:53 - 26 Sentyabr 2022

Avtomobili aşıran sürücü ağır yaralandı - FOTOLAR

Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az