Hacıqabulda DƏHŞƏTLİ QƏZA: Yaralılar var

12:34 - 30 Sentyabr 2022

Hacıqabulda DƏHŞƏTLİ QƏZA: Yaralılar var

Hacıqabul-Horadiz yolunda maşın aşıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, "Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Avtomobildə beş nəfər olub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yolun 34-cü kilometrliyində baş verib:

“Hadisə nəticəsində xəsarət alanlar Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan biri azyaşlıdır. Ümumilikdə beş nəfərdən dördünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, bir nəfərin müalicəsi davam etdirilir. Ölüm və ağır xəsarət yoxdur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az