Bərdədə mənzildə meyit tapılıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"Qeyd olunub ki, 112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.