Azərbaycanda AĞIR QƏZA - Yaralılar var

09:11 - 07 Oktyabr 2023

Azərbaycanda AĞIR QƏZA - Yaralılar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.

Ağstafa-Qazax marşrutu üzrə hərəkət edən mikroavtobus evakuatorla toqquşub.

Qəza zamanı mikroavtobusun sərnişinləri, 1975-ci il təvəllüdlü Şərifə Qasımova, 1981-ci il təvəllüdlü Afət Məmmədova, 1982-ci il təvəllüdlü Həcər İsmayılova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva və 2005-ci il təvəllüdlü Nərimin Məmmədova xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az