Şəmkirdə yol qəzası baş verdi -  xəsarət alan var

18:29 - 07 Oktyabr 2023

Şəmkirdə yol qəzası baş verdi -  xəsarət alan var

Şəmkirdə yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” markalı yük maşını ilə "Hyundai "markalı minik avtomobili toqquşub.

Qəzada sonra avtomobillərdə yanğın baş verib.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az