Avtobus gözləyən qadın faciəvi şəkildə öldü

09:28 - 18 Oktyabr 2023

Avtobus gözləyən qadın faciəvi şəkildə öldü

Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi "Mercedes" markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.

Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az