Bakıda 3 maşın toqquşub - Xəsarət alan var

11:24 - 21 Yanvar 2024

Bakıda 3 maşın toqquşub - Xəsarət alan var

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesində baş verib.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Avtomobil əvvəlcə yol kənarında dayanan gül dükanına məxsus “Fiat” markalı maşına çırpılıb.

Daha sonra idarəetmədən çıxan “Niva” hərəkətsiz vəziyyətdə dayanan “Nissan” markalı avtomobilə dəyib.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisəyə hüquqi qiymət verilməsi üçün avtotexniki ekspertiza təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az