Bakıda binanın həyətində saxlanılan maşınlar yandı - VİDEO

20:31 - 24 Yanvar 2024

Bakıda binanın həyətində saxlanılan maşınlar yandı - VİDEO

Ötən gecə Bakının Nizami rayonu ərazisində iki maşın yanıb.

 

Manset.az  qafqazinfo-ya istinadən xəbər verir ki, "Mercedes" markalı hər iki avtomobil yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə binanın həyətində baş verib. Yanğın zamanı istidən yaxınlıqda olan daha bir maşının rəng örtüyündə qabarma əmələ gəlib. Həmin avtomobilin sahibi vaxtında maşını təhlükəsiz ərazidən uzaqlaşdırmaqla nəqliyyat vasitəsinə daha ciddi zərər dəyməsinin qarşısını ala bilib.

Baş verən yanğının görüntülərini təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az