Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Okan Burukla müqavilənin müddətini yeniləyib.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
Okan Buruk hər ili üçün 70 milyon türk lirəsi maaş alacaq.
Qeyd edək ki, “Qalatasaray” Okan Burukun rəhbərliyi altında ötən mövsüm Türkiyə Superliqasının qalibi olub.