Toni Kroosun yeni işi bəlli oldu

19:48 - 07 İyun 2024

Toni Kroosun yeni işi bəlli oldu

Almaniya millisinin futbolçusu Toni Kroos karyerasını bitirdikdən sonra İspaniyanın "Real" klubunun akademiyasında işləyəcək.

Manset.az report-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə "Kicker" nəşrinə müsahibəsində deyib.

Təcrübəli oyunçu daha əvvəl ölkəsində təşkil olunacaq Avropa çempionatından sonra futbolla vidalaşacağını açıqlamışdı.

Qeyd edək ki, Kroos 2014-cü ildən İspaniya klubunda çıxış edir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az