Türkiyənin Trendyol Superliqasında derbi öncəsi şok hadisə yaşanıb.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, "Qalatasaray"ın baş məşqçisi Okan Burukun appendisiti partlayıb.
51 yaşlı Buruk xəstəxanaya yerləşdirilib və təcili əməliyyata aparılıb.
Haluk Yüreklinin verdiyi məlumata görə, baş məşqçinin "Beşiktaş" derbisində çalışacağı gözlənilmir.