Türkiyənin Bursa şəhərində İnegöl rayonunda yaşayan Adem Kəskin (40) paraşütlə futbol matçının keçirildiyi sahəyə düşüb.
Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.
Adem Kəskin işə gecikdiyi səbəbi ilə "Yenicespor"-"Şirinevler" futbol matçının fasiləsində səhvən paraşütlə futbol sahəsinə enib. Paraşütçünü görən futbolçular və azarkeşlər əvvəlcə təəccübləniblər, sonra isə Kəskini alqışlayıblar.