UEFA Superkuboku uğrunda oyun bu ölkədə keçiriləcək

18:29 - 16 Dekabr 2024

UEFA Superkuboku uğrunda oyun bu ölkədə keçiriləcək

2025-ci ildə UEFA Superkuboku uğrunda keçiriləcək oyunun yeri məlum olub.

 

Manset.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyanın Udine şəhərində təşkil olunacaq.

Avqustun 13-də oynanılacaq matçı “Udineze” klubunun ev oyunlarını keçirdiyi “Friuli” stadionu qəbul edəcək.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda görüş Çempionlar Liqası və Avropa Liqasının qalibi olan komandalar arasında keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az