Sergen Yalçın yenidən "Beşiktaş"ın baş məşqçisi olacaq

17:22 - 01 Yanvar 2025

Sergen Yalçın yenidən \"Beşiktaş\"ın baş məşqçisi olacaq

Sergen Yalçın yenidən Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə yerli "Sözcü" nəşri məlumat yayıb.

"Ağ-qaralar"ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb. S.Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və ölkə kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az