Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov zədə səbəbindən komandanın toplanışına qatılmayacaq.
Qeyd edək ki, milli komandamız təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqadakı "Skonto" stadionunda Latviya, iyunun 10-da isə "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.