Türkiyəli futbol mütəxəssisi Volkan Dəmirəl “Fənərbaxça”nın 16 yaşlı seneqallı futbolçusu Amara Dioufun transferi ilə bağlı danışıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, "Assist Analysis" kanalında çıxış edən Dəmirəl bildirib ki, bu transfer daha çox gələcəyə yönəlmiş sərmayədir:
“O, texniki cəhətdən güclü, bacarıqlı futbolçudur. Amma fiziki baxımdan zəifdir və Super Liqada hazırda oynaya biləcək səviyyədə deyil. Bu transfer klubun əsas siyasəti çərçivəsində edilməyib, daha çox fürsət transferidir.”
Dəmirəl əlavə edib ki, Dioufun inkişafı izlənəcək və bəlkə də infrastruktur komandalarında sınanacaq.