Osimhenin qərarı tənqid olundu

14:10 - 04 İyun 2025

Osimhenin qərarı tənqid olundu

Hazırda futbol dünyasının ən parlaq hücumçularından biri hesab edilən 26 yaşlı Viktor Osimhenin Səudiyyə Ərəbistanına transferi mütəxəssislər arasında ciddi müzakirələrə səbəb olub.


Manset.az-ın əldə etdiyi məlumata görə, Nigeriyalı forvardın bu qərarı bir çox futbol ekspertləri tərəfindən tənqid olunur və onun Avropada qalmasının daha məqsədəuyğun olduğu vurğulanır.

Nigeriya millisinin texniki direktoru Erik Çelle Osimhenin dünya səviyyəli bir klubda çıxış etməli olduğunu bildirib. Çelle açıqlamasında qeyd edib: "Viktor mənim üçün dünyanın ən yaxşı mərkəz hücumçusudur. O, ‘Barselona’, ‘Real Madrid’, ‘Çelsi’ və ya ‘Mançester Yunayted’ kimi bir kluba transfer edilməlidir."

Bənzər fikirlə çıxış edən əfsanəvi futbolçu Pol Skoulz isə Osimhenin mütləq "Mançester Yunayted"ə keçməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu transfer həm klub, həm də oyunçu üçün uğurlu addım ola bilər.

Skoulz həmçinin komandanın hazırkı hücumçusu Rasmus Hojlundun saxlanmasının vacibliyini vurğulayıb və əlavə edib ki, Viktor Gyökeresin də komandaya cəlb olunması lazımdır. Onun fikrincə, "Mançester Yunayted" ən azı üç yüksək səviyyəli hücumçuya sahib olmalıdır.

Qeyd edək ki, Osimhen hazırda Avropanın bir sıra aparıcı klublarının maraq dairəsindədir. Buna baxmayaraq, onun Səudiyyə Ərəbistanına keçidi futbol ictimaiyyətində narahatlıqla qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv