Bu gün futbol üzrə Azərbaycan millisi növbəti matçını keçirib.
Manset.az Apasport.az-a istinadla xəbər verir ki, yığmamız yoldaşlıq görüşündə Latviya seçməsi ilə qarşılaşıb.
Oyun Riqadakı “Skonto” stadionunda baş tutub.
Matçı maltalı hakim Trustin Farrucya Kann idarə edib.
Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.