FIFA-dan Əliyar Ağayevə növbəti təyinat

14:50 - 08 İyun 2025

FIFA-dan Əliyar Ağayevə növbəti təyinat

FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.


Manset.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

İyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv