İsveçli atlet Armand Duplantis kişilər arasında dayaqla tullanma üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Stokholmda keçirilən Diamond League yarışında çıxış edən Olimpiya və dünya çempionu Duplantis 6,28 metr hündürlüyə qalxaraq özünə məxsus dünya rekordunu yeniləyib. O, bu nəticəni ilk cəhdində əldə edib.
Qeyd edək ki, Duplantis 2020-ci ilin fevralında fransalı Renaud Lavilleniedən dünya rekordunu ələ keçirmişdi. O vaxtdan bəri rekordu 12-ci dəfə yeniləyən atlet sonuncu dəfə 6,27 metrlik nəticə ilə yadda qalıb.